AZ

Gürcüstanda "Maydan" təşkil etmək cəhdi uğursuzluğa düçar oldu - Baş nazir

Gürcüstanın Baş naziri İrakli Kobaxidze müxalifətin ölkədə iğtişaşlar törətmək və hakimiyyəti ələ keçirmək cəhdinin uğursuzluğa düçar olduğunu deyərək bunu son illərdə beşinci belə cəhd adlandırıb.

Trend-in məlumatına görə, bu barədə Baş nazir hakim "Gürcü arzusu" partiyasının ofisində keçirdiyi brifinqdə deyib.

Kobaxidze 2014-cü ildə Ukraynada keçirilən etirazlarına istinad edərək, keçmiş hakim Vahid Milli Hərəkat Partiyasının üzvlərinin Gürcüstanda "Maydan" təşkil etməyə cəhd etdiklərini iddia edib.

"Məlum olduğu kimi, hökuməti devirmək cəhdi uğursuzluğa düçar oldu. Son dörd ildə biz ölkədə beşinci dəfə "Milli Maydan"ın təşkili cəhdinin şahidi olduq", - deyə İ. Kobaxidze bildirib.

Seçilən
20
3
day.az

4Mənbələr