AZ

Haaqada Azərbaycanın mina qurbanlarına həsr olunmuş fotosərgi təşkil olunub (FOTO)

Bakı. Trend:

2025-ci il oktyabrın 4-də Niderland Krallığının Haaqa şəhərininmərkəzi “Grote Marktstraat” küçəsində Azərbaycanın minaqurbanlarına həsr olunmuş fotosərgi təşkil olunub. Sərgi AzərbaycanRespublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə“Gilavar” Foto Klubu İctimai Birliyi tərəfindən icra olunan “Minaqurbanlarının Avropa fotosərgiləri” layihəsi çərçivəsindəkeçirilib. Layihənin Niderlanddakı yerli tərəfdaşı “Ana Vətən”Avropa Azərbaycanlı Qadınlar Birliyidir.

“Gilavar” Foto Klubu İctimai Birliyinin sədri Rəşad Mehdiyevbildirib ki, Haaqa dünyada Beynəlxalq Ədalət Məhkəməsinin,Beynəlxalq Cinayət Məhkəməsinin və bir sıra beynəlxalqtribunalların mənzil qərargahı, “beynəlxalq hüquq paytaxtı” kimitanınır: “Ona görə də Almaniya, Fransa, Belçikadan sonra sərgimiziməhz bu rəmzi şəhərdə yekunlaşdırırıq. 9 gün ərzində 5 Avropaşəhərində keçirdiyimiz izdihamlı fotosərgilər Ermənistanın minamüharibəsinin dinc, günahsız insanların həyatında səbəb olduğufaciələri, izləri nümayiş etdirdi. Hələ də Azərbaycan tərəfinədəqiq mina xəritələri təhvil verilməyib. Biz minasız, sülhiçərisində olan Cənubi Qafqaz arzulayırıq, mina qurbanlarına ədaləttələb edirik. Bu sərginin oktyabrın 4-də - Ermənistan tərəfindəndinc əhalinin Gəncədə raket hücumlarına məruz qaldığı gününildönümündə keçirilməsi də təsadüfi deyil. Gəncəyə hücum növbətiXocalı soyqırımı cəhdi idi. Biz bu sərgini Haaqakı Xocalı abidəsiolan ərazidə əmin-amanlıq, sülh rəmzi olan zeytun ağacı əkməkləbitirdik. Bu zeytun ağacı Ermənistanın Azərbaycan ərazilərindəyerləşdirdiyi minaların partlaması nəticəsində həyatını itirən vəxəsarət alanların əziz xatirəsinə dərin ehtiramı ifadə edir”.

Fotəsərgi mina qurbanlarının ağrılı hekayələrini, itkilərini vəhəyat iradəsini əks etdirib. Haaqa sakinləri mina qurbanı ElçinQuliyevin fotosu üzərində bu sözləri oxuyub: “Mina üçün millət vəpeşə fərqi yoxdur. O, yalnız addımlarımızı sayır. Mənim peşəmminatəmizləyən idi, həyatları xilas etmək arzusu ilə axtarışaparanda sağ ayağımı mina partlamasından itirdim”. Mina qurbanıElvin Qafarov isə Haaqa sakinlərinə fotosu vasitəsilə bu sözlərləxitab edib: “Kənd sakini idim, nə əsgər, nə zabit. Gündəlik işimləməşğul olarkən minaya düşdüm, sol ayağımı itirdim. Həyatım çox sadəolsa da, mina faciəsinin mənə yaşatdığı ağrılar onu mürəkkəb,dözülməz etdi”.

Münhen, Nürnberq, Paris, Brüsseldən sonra bu dəfə HaaqaAzərbaycanın mina qurbanlarının səsini dinləyib. Bununla da,Gilavar” Foto Klubu “Mina qurbanlarının Avropa fotosərgiləri”layihəsinə yekun vurub.

Haaqada
Haaqada
Haaqada
Haaqada
Haaqada
Haaqada
Haaqada
Haaqada
Haaqada
Haaqada
Haaqada
Haaqada
Haaqada
Haaqada
Haaqada
Haaqada
Haaqada
Haaqada
Haaqada
Seçilən
21
8
az.trend.az

9Mənbələr