AZ

Gürcüstanı “Milli Hərəkat" adlanan qruplaşmadan təmizləmək lazımdır - Baş nazir

Bakı. Trend:

Gürcüstanın baş naziri İrakli Kobaxidze “Milli Hərəkat” adlananqruplaşmanın və xarici agentlərin tamamilə zərərsizləşdirilməsininzəruriliyini bəyan edib.

Trend-in məlumatına görə, bu barədə Baş nazir hakim “Gürcüarzusu” partiyasının ofisində keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, ölkədə sağlam və demokratik siyasi sisteminnəhayət bərqərar olması üçün bunu etmək lazımdır.

Kobaxidze qeyd edib ki, son 4 ildə Milli Hərəkat nümayəndələri 5dəfə sabitliyi pozmağa və hökuməti devirməyə cəhd etsələr də, bütüncəhdlər uğursuzluqla nəticələnib.

"Bizim 1,1 milyondan çox seçici qarşısında ölkəni "MilliHərəkat" adlandırılan qruplaşmadan təmizləmək məsuliyyətimiz var.Bu, xarici kəşfiyyat orqanlarının sifarişi və dəstəyi ilə fəaliyyətgöstərən siyasi qüvvələrə, xarici agentlərə və ekstremist qruplaraaiddir", - deyə hökumət başçısı bildirib.

Baş nazirin sözlərinə görə, belə məqsədlərə nail olmaq üçünSaakaşvili ailəsinin təsiri altında olan universitetlərdən birindənistifadə edilir.

Seçilən
15
1
az.trend.az

2Mənbələr