AZ

500 min dollara ikili vətəndaşlıq alan Ermənistanın sabiq prezidenti ilə bağlı istintaq davam edir

Ermənistan İstintaq Komitəsi sabiq prezident Armen Sarkisyanın xarici vətəndaşlığı ilə bağlı cinayət işi üzrə istintaqın davam etdiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, qurumun məlumatına görə, Sarkisyanın ikili vətəndaşlığı məsələsi ilə bağlı araşdırmalar hazırda ibtidai istintaq mərhələsindədir.

Xatırladaq ki, 2023-cü ilin aprelində Ermənistan Milli Təhlükəsizlik Xidməti bu işin İstintaq Komitəsinə göndərildiyini bildirib.

Armen Sarkisyan 2022-ci il yanvarın 23-də siyasi proseslərə təsir imkanlarının məhdud olduğunu əsas gətirərək prezident vəzifəsindən istefa verib.

Lakin elə ertəsi gün "Hetq.am" nəşri onun prezident seçilməzdən əvvəl Karib hövzəsində yerləşən Sent-Kitts və Nevis dövlətinin vətəndaşlığını daşıdığını yazıb. Bu fakt Sarkisyanın prezident postuna uyğun gəlmədiyi ilə bağlı mübahisələrə səbəb olub.

Nəşrin məlumatına görə, Armen Sarkisyan həmin ölkənin vətəndaşlığını 500 min dollar həcmində sərmayə yatırmaqla əldə edib.

Musavat.com

Seçilən
20
musavat.com

1Mənbələr