Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında qılıncoynatma yarışları davam edib.
90deqiqe.Az-ın məlumatına görə, yarışlarda sablya növündə çıxış edən Zərifə Hüseynova və Valentina Zeynalova yarımfinal mərhələsində rusiyalı rəqiblərinə məğlub olaraq bürünc medal qazanıblar.
Beləliklə, Azərbaycan qılıncoynadanları turnirdə uğurlu çıxışlarını medal sayına çeviriblər.