Bitki mənşəli qidalar insan qidalanmasının əsasını təşkil etməli, ət istehlakı isə orta səviyyədə olmalıdır.
Bu barədə Britaniyanın həftəlik “Lancet” jurnalında dərc edilən hesabatda bildirilir.
Hesabatda şəkər, duz və doymuş yağ istehlakının minimuma endirilməli olduğu da vurğulanır. Məruzə müəlliflərinin yazdığına görə, gündə bir insan 15 qramdan çox qırmızı ət yeməməlidir.Eyni zamanda gündə 200 qram tərəvəz, 300 qram meyvə, 210 qram taxıl məhsulları, 250 qram süd məhsulları, 30 qram balıq və ya dəniz məhsulları yemək tövsiyə olunur. İnsanlara kiçik hissələrdə ağ ət yemək də tövsiyə olunur.