Rusiya uğursuz yay hücumunu dinc əhaliyə qarşı terrorla ört-basdır edir.
Axar.az xəbər verir ki, bunu AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.
“Biz lazım olduğu müddətcə Ukraynanı dəstəkləməyə davam edəcəyik. Növbəti sanksiyalar paketini yekunlaşdıracağıq, maliyyə təmin edəcəyik və silah tədarük edəcəyik. Rusiya buna məcbur edilmədikcə, dayanmayacaq”, - Kallas bildirib.