AZ

Paşinyanı ŞOKA SALAN CAVAB...

Ermənistan Baş naziri Nikol Paşinyanı təəccübləndirən hadisə diqqət çəkib.

Xəbər verilir ki, o, informasiya texnologiyaları sahəsinin nümayəndələri ilə görüşündə bir xatirəsindən söz açıb.

 “Berd icmasının Çoratan kəndinə getmişdim. Qeyri-rəsmi şəkildə yanımıza yaxınlaşdılar, dedilər ki, burada görkəmli məkanlar var, girin baxın. Orada uşaqlar gəlib öz çəkdikləri rəsmləri göstərdilər. Soruşuram ki, nə çəkmisən? Biri deyir ki, Masis dağı (Ağrı dağı), başqası “Soyqırımı abidəsi”…

O anda pəncərədən baxdım. Qarşıda möhtəşəm dağlar, meşələr var. Sonra bir qrup ziyalını dəvət etdim və dedim ki, izah edə bilərsinizmi, niyə bu uşaqlar ətraflarında gördükləri heyrətamiz təbiəti deyil, Ağrı dağını və ya “Soyqırımı abidəsi”ni çəkirlər?”.


Seçilən
17
6
azia.az

7Mənbələr