AZ

Zelenski: Rusiya Ukraynaya qarşı genişmiqyaslı raket və dron hücumu həyata keçirib

Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, oktyabrın 5-nə keçən gecə Rusiya ordusu ölkəyə qarşı növbəti dəfə irimiqyaslı hücumlar təşkil edib.

Zelenski bildirib ki, Rusiya tərəfindən Ukraynaya 50-dən çox raket və təxminən 500 pilotsuz uçuş aparatı, o cümlədən "Şahed", "Kinjal" və qanadlı raketlər buraxılıb. Bu hücumlar bir sıra vilayətləri - Lviv, İvano-Frankivsk, Zaporojye, Çerniqov, Sumı, Xarkov, Xerson, Odessa və Kirovoqradı hədəfə alıb.

Prezidentin verdiyi məlumata əsasən, hücum nəticəsində 10 nəfər yaralanıb, təəssüf ki, 5 nəfər həyatını itirib. Zelenski faciə nəticəsində yaxınlarını itirən ailələrə başsağlığı verib və zərər çəkmiş ərazilərdə axtarış-xilasetmə və bərpa işlərinin davam etdiyini vurğulayıb.

Ukrayna lideri eyni zamanda qeyd edib ki, münaqişənin dayandırılması üçün hava məkanında birtərəfli atəşkəsin tətbiqi mümkün ola bilər və bu addım real diplomatik prosesə yol aça bilər.

Zelenski beynəlxalq ictimaiyyətə müraciət edərək bildirib ki, ABŞ və Avropa dövlətləri Rusiya Prezidenti Vladimir Putini bu hərbi təcavüzü dayandırmağa məcbur etmək üçün daha təsirli addımlar atmalıdır.

Kənan
Milli.Az

Seçilən
16
1
milli.az

2Mənbələr