AZ

İnterpol 58 yaşlı tanınmış aktyor üçün HƏRƏKƏTƏ KEÇDİ - 15 cinsi təcavüz...

Polşanın məşhur aktyoru Bartlomiej Moravski 16 yaşlı qıza təcavüzdə təqsirli bilinərək məhkəmə tərəfindən həbs cəzasına məhkum edildikdən sonra İnterpol tərəfindən qırmızı bülletenlə axtarışa verilib.

Musavat.com xəbər verir ki, 58 yaşlı aktyorun daha 14 fərqli cinsi təcavüz hadisəsi ilə də əlaqəli ola biləcəyi bildirilir.

Məlumata görə, Varşava Regional Məhkəməsi 2024-cü ilin iyun ayında Moravskini 16 yaşlı qıza qarşı törətdiyi təcavüzə görə 5 il həbs cəzasına məhkum edib. Lakin hökm elan olunduqdan dərhal sonra aktyor yoxa çıxıb. Onun saxta şəxsiyyət vəsiqələrindən istifadə edə biləcəyi barədə xəbərdarlıq edilib və bunun axtarış prosesini çətinləşdirdiyi qeyd olunub.

Bartlomiej Moravski təkcə aktyor kimi deyil, həm də siyasət səhnəsində fəaliyyət göstərməyə çalışmışdı. O, Hüquq və Ədalət Partiyası adından iki dəfə parlamentin aşağı palatası üzvlüyünə namizədliyini irəli sürmüşdü. Lakin son illərdə aktyorun adı siyasi fəaliyyətlə deyil, cinayət işləri ilə gündəmə gəlməyə başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
19
1
olaylar.az

10Mənbələr