III MDB Oyunlarında voleybolçu qızlar arasında yarımfinal qarşılaşmaları baş tutub. "Rekord.az" xəbər verir ki, Gəncə İdman Sarayında ilk olaraq meydana Azərbaycan və Belarus komandaları çıxıblar.
Oyuna daha yaxşı başlayan komandamız birinci seti öz xeyrinə başa vurub. Lakin növbəti hissələrdə qalib gələn Belarus yığması 3:1 hesablı qələbə ilə adını finala yazdırıb. Növbəti yarımfinal matçı Rusiya və Özbəkistan komandaları arasında olub. Bu oyunda 3:0 hesabı ilə qələbə qazanan Rusiya finala yüksəlib.
Qeyd edək ki, sabah Azərbaycan və Özbəkistan bürünc medal, Belarus və Rusiya isə qızıl medalın sahibini müəyyənləşdirmək üçün meydana çıxacaqlar.
III MDB Oyunları
Yarımfinal
5 oktyabr
Azərbaycan – Belarus 1:3 (25:19, 22:25, 18:25, 17:25)