"Bavariya"nın qapıçısı Manuel Noyer Bundesliqada rekorda şərik olub.
QOL.az xəbər verir ki, almaniyalı qolkiper "Ayntraxt"ı məğlub etdikləri (3:0) 6-cı turun matçından sonra Bundesliqadakı qələbə sayında sabiq komanda yoldaşı Tomas Müllərə çatıb.
Bu, Manuel Noyerin 529-cu oyunu, 362-ci qələbəsi olub.
Reytinqdə üçüncü yeri 557 matçda 310 qələbə ilə "Bavariya"nın sabiq qapıçısı Oliver Kan tutur.