AZ

Ürək və immunitet üçün möcüzəvi tərəvəz: Çuğundur yeməyin 7 səbəbi

Payız-qış sezonunun ən çox sevilən tərəvəzlərindən biri olan çuğundur həm ləzzəti, həm də sağlamlıq üçün faydaları ilə fərqlənir...

Milli.Az xəbər verir ki, mütəxəssislər bu kök tərəvəzin orqanizmi möhkəmləndirməkdə və müxtəlif xəstəliklərin qarşısını almaqda əvəzsiz olduğunu bildirirlər.

Çuğundur ürək-damar sağlamlığını dəstəkləyir, qan dövranını sürətləndirir və təzyiqi tarazlayır. Onun zəngin dəmir və fol turşusu tərkibi qanı təmizləyir, hemoglobin səviyyəsini artırır. Bu səbəbdən, xüsusilə anemiya ilə mübarizə aparanlar üçün çuğundur mütəmadi olaraq yeyilməlidir.

İmmuniteti gücləndirən, orqanizmi toksinlərdən təmizləyən və qaraciyərin fəaliyyətini yaxşılaşdıran çuğundur, həmçinin həzm sisteminə də böyük dəstək verir. Liflə zəngin olması sayəsində mədə-bağırsaq problemlərinin qarşısını alır və həzm prosesini asanlaşdırır.

 
Daimi istehlakı dərinin parlaqlığını artırır, bədənindəki iltihabları azaldır və enerjini yüksəldir. Həkimlər çuğunduru qaynadılmış, bişmiş və ya təzə salat şəklində gündəlik menyuya əlavə etməyi tövsiyə edirlər.

Poliqon.info

Seçilən
22
3
poliqon.info

4Mənbələr