AZ

Mbappe Azərbaycan yığması ilə oyunu buraxacaq?

"Real Madrid"in fransalı hücumçusu Kilian Mbappe futbol üzrə İspaniya çempionatının səkkizinci turunda “Vilyarreal”la oyunda topuq nahiyəsindən zədə alıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Xabi Alonso məlumat verib.

“Onun Fransa millisinə qoşulub-qoşulmayacağını deyə bilmərəm. Hazırda müəyyən diskomfort yaşayır. O, bunu milli komanda ilə müzakirə etməli olacaq”, - Alonso bildirib.

Belə ki, şənbə günü “Real Madrid” öz meydanında “Vilyarreal”ı 3:1 hesabı ilə məğlub edib. Mbappe matçın sonlarında komandasının üçüncü qolunu vurub və bir neçə dəqiqə sonra əvəzlənib.

“Marca”nın məlumatına görə isə, Mbappenin sağ topuq nahiyəsində kiçik qançır var və bu, onun 2026-cı il dünya çempionatının seçmə mərhələsi üçün Fransa millisinə qoşulmasına mane olmamalıdır.

Qeyd edək ki, Fransa yığması ev oyununda Azərbaycan (10 oktyabr), səfərdə isə İslandiya millisi ilə (13 oktyabr) qarşılaşacaq.

Seçilən
13
6
hit.az

7Mənbələr