AZ

İran parlamenti rialla bağlı QƏRAR VERDİ - Dünyanın ən zəif valyutası YENİLƏNİR

İran parlamenti ölkənin pul vahidi – rialdan dörd sıfırın çıxarılmasını nəzərdə tutan qanunu təsdiqləyib.

Musavat.com xəbər verir ki, yeni qərara əsasən, valyutanın nominal dəyəri sadələşdiriləcək və iqtisadiyyat üzrə hesablamalar daha rahat aparılacaq.

Maliyyə islahatının əsas səbəbi, rialın bu il ərzində 75 faiz dəyər itirməsi və dünyanın ən zəif valyutalarından birinə çevrilməsidir.

Rəsmi məzənnə artıq demək olar ki, mənasını itirib və rialın real dəyəri yalnız qara bazarda formalaşır.

Ekspertlər bildirirlər ki, bu addım psixoloji sabitlik yaratsa da, inflyasiyanın qarşısını təkbaşına ala bilməyəcək.

İranın qarşısında duran əsas problemlər isə beynəlxalq sanksiyalar, neft ixracında məhdudiyyətlər və valyuta gəlirlərinin azalması olaraq qalır.

Yeni valyuta islahatının mərhələli şəkildə yaxın aylarda tətbiq edilməsi planlaşdırılır.

Musavat.com

Seçilən
59
10
musavat.com

10Mənbələr