AZ

Azərbaycan karateçiləri III MDB Oyunlarında 16 medal qazandılar

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi MDB Oyunlarında karate yarışlarına yekun vurulub.

Sportal.az xəbər verir ki, Mingəçevir Kür Olimpiya Mərkəzində baş tutan yarışlarda təmsilçilərimiz ümumilikdə 16 medal (6 qızıl, 3 gümüş, 7 bürünc) qazanıblar.

Son gündə Turqut Həsənov (84 kiloqram), İrina Zaretska (68 kiloqram) və Fərid Ağayev (75 kiloqram) çempion olublar.

Asiman Qurbanlı (+84 kiloqram) gümüş, Aysu Əliyeva (61 kiloqram), Fərid Şahbazlı (84 kiloqram) və Rəşid Süleymanov (75 kiloqram) bürünc mükafat əldə ediblər.

Qeyd edək ki, daha əvvəl Mədinə Sadıqova (55 kiloqram), Nuran Rzazadə (67 kiloqram) və Roman Heydərov (fərdi kata yarışında) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Fərid Savadov (60 kiloqram) və Nəzrin Piriyeva (55 kiloqram) gümüş, İnci Əzizova (50 kiloqram), Aslan Dostuyev (67 kiloqram), Ramilə Heydərova, Rövşən Əliyev (hər ikisi fərdi kata yarışlarında) bürünc medallarla kifayətləniblər.

Xatırladaq ki, 13 ölkədən 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

saytlarin hazirlanmasi

Seçilən
22
13
sportal.az

10Mənbələr