AZ

NASA-dan SENSASİON açıqlama - 2035-ci ilə qədər...

ABŞ-ın Kosmik Agentliyi NASA 2035-ci ilə qədər Ayda insanların yaşayacağı ilk “kənd”in yaradılmasını planlaşdırır.

Musavat.com "Daily Mail"ə istinadən xəbər verir ki, bu barədə NASA administratorunun səlahiyyətlərini icra edən Şon Daffi Sidneydə keçirilən Beynəlxalq Astronavtika Konqresində məlumat verib.

Daffi bildirib ki, yaxın onillikdə NASA yalnız kosmik stansiya deyil, daimi yaşayış şəraiti təmin edən qəsəbə inşa etməyi nəzərdə tutur. Planlara görə, kənd nüvə enerjisi ilə təchiz olunacaq və Ayın səthində mövcud olan materiallardan tikiləcək.

Bu məqsədə çatmaq üçün əsas addım 2026-cı ilin fevralında baş tutacaq "Artemis II" missiyası olacaq. Missiya yarım əsrdən sonra Aya ilk insanlı səfər olacaq və dörd astronavtı daşıyacaq. Hazırda səthə eniş planlaşdırılmasa da, son məqsəd daimi bazanın yaradılmasıdır.

Daffi əlavə edib ki, Ay missiyası uğurla başa çatdıqdan sonra agentlik diqqətini növbəti hədəfə, Marsa insan endirməyə yönəldəcək.

Musavat.com

Seçilən
9
1
musavat.com

2Mənbələr