AZ

Həkimlərdən ət həvəskarlarına bəd xəbər

“The Lancet” jurnalında dərc olunan yeni hesabatda alimlər bildiriblər ki, sağlam qidalanmanın əsasında bitki mənşəli məhsullar dayanmalı, ət isə yalnız nadir hallarda və az miqdarda istifadə edilməlidir.

E-saglam.az “Gazeta.Ru”ya istinadən xəbər verir ki, hesabat müəllifləri qırmızı ət istehlakını gündə maksimum 15 qramla məhdudlaşdırmağı tövsiyə edirlər. Bunun əvəzində rasionda bol tərəvəz, meyvə və taxıl məhsullarına üstünlük verilməlidir.

Tövsiyələrə əsasən, gündə 200 qram tərəvəz, 300 qram meyvə, 210 qram taxıl, 250 qram süd məhsulları və 30 qram balıq və ya dəniz məhsulu qəbul etmək sağlam balans üçün idealdır. Ağ ət isə yalnız kiçik porsiyalarda yemək məsləhətdir.

Alimlər əlavə olaraq şəkər, duz və doymuş yağların qəbulunu minimuma endirməyi də vurğulayırlar.

Ət tam qadağan olunmamalıdır

Hesabata münasibət bildirən terapevt Oksana Drapkina qeyd edib ki, sağlam həyat tərzi üçün əti tamamilə menyudan çıxarmağa ehtiyac yoxdur. Onun sözlərinə görə, əsas məsələ ətin miqdarında deyil, hazırlanma üsulundadır.

Diyetoloq və qastroenteroloq Nuriyyə Dianova isə xəbərdarlıq edib ki, ultra emal olunmuş qidalar, qırmızı ət və şəkər tərkibli məhsullar bağırsaq sağlamlığına zərər verir və bir çox ciddi xəstəliklərin riskini artırır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
4
e-saglam.az

1Mənbələr