Bakı. Trend:
Dövlət İmtahan Mərkəzi tərəfindən 5 oktyabr 2025-ci il tarixindəpeşəkar mühasib sertifikatı imtahanının I mərhələsi (mühasibatuçotu üzrә) keçirilib.
Mərkəzdən Trend-əverilən məlumata görə, imtahan elektron formada Bakı və Naxçıvanşəhərlərində, ümumilikdə 2 binada təşkil olunub. İmtahanınkeçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 8 imtahan rəhbəri, 42nəzarətçi, 7 buraxılışı rejimi əməkdaşı (mühafizə) cəlb olunub.
İmtahan 3 saat müddətində aparılıb və namizədlərə biliklərininqiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib.Tapşırıqların 30-u qapalı, 10-u açıq tiplidir. İmtahanda maksimum100 bal toplamaq mümkündür. Qapalı tipli tapşırıqların 20-si 1balla, 10-u 2 balla, açıq tipli tapşırıqların 8-i 5 balla, 2-si 10balla qiymətləndirilir.
İmtahanda ümumilikdə 599 nəfər iştirak edib.
Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılanvaxt başa çatdıqda qapalı tipli tapşırıqların nəticələri ilə tanışolmaq imkanına malik olublar.
Yekun imtahan nəticələri yazılı cavab tələb edən tapşırıqlarınyoxlanılması ilə əlaqədar 4 həftədən sonra elan olunacaq.