AZ

NATO ölkəsində inanılmaz aksiya: Rusiya ilə müharibəyə yox!

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Hollandiyanın Amsterdam şəhərində insanlar Ukraynaya silah tədarükünə qarşı nümayiş keçiriblər.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

“Bazar günü Amsterdamda onlarla insan sülh lehinə və Ukraynaya silah tədarükünə qarşı nümayiş keçirib. Aksiya günortadan sonra Dam meydanında başlayıb.

Etirazçılar “Sülh naminə silaha yox!”, “Rusiya ilə müharibəyə yox!”, “Ukrayna və İsrailə yardımı dayandırın!” şüarları ilə şəhərin mərkəzinə yürüş ediblər. Nümayişçilərdən bəzilərinin əllərində sülhü simvolizə edən ağ və mavi bayraqlar olub. Vətəndaşlar da əllərində Fələstin bayraqları ilə İsrailin hərəkətlərini pisləyiblər”, – deyə bildirilib.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
globalinfo.az

1Mənbələr