ain.az, Bakupost saytına istinadən bildirir.
Erməni əsilli amerikalı realiti-şou ulduzu Kim Kardaşyan “The Kardashians” serialının yeni mövsümünün fraqmanında həm ona qarşı təşkil edilən sui-qəsddən, həm də 2016-cı ildə Parisdə yaşadığı soyğun zamanı keçirdiyi ölüm qorxusundan danışıb.
Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, 44 yaşlı Kardaşyan polisin ona etdiyi telefon zəngi ilə həyatının ən böyük şokunu yaşadığını bildirib.
Kim Kardaşyan göz yaşları içində etiraf edib:
“Mənə çox yaxın bir insan həyatımı məhv etmək üçün qatil tutub”.
Kardaşyanın həyatındakı ən böyük sarsıntılardan biri 3 oktyabr 2016-cı ildə Parisdə baş verib. Həmin gecə polis formasında olan maskalı şəxslər onun qaldığı hotel otağına daxil olublar. Onlar Kim Kardaşyanın 4 milyon dollarlıq nişan üzüyü də daxil olmaqla, çoxsaylı zinət əşyalarını oğurlayıblar.
Hadisədən sonra 17-dən çox şəxs saxlanılıb. 23 may 2023-cü ildə isə dəstənin başçısı və 7 üzvü məhkəmə tərəfindən günahkar bilinərək cəzalandırılıb.
Kardaşyan 2023-cü ilin mayında keçirilən məhkəmə iclasında verdiyi ifadədə deyib:
“O an mənə təcavüz edəcəklərindən əmin idim. Öləcəyimi düşündüm”.
Kim Kardaşyan o gecənin travmasını hələ də yaşadığını və özünü hər an təhlükə içindəymiş kimi hiss etdiyini bildirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.