AZ

Romada kütləvi aksiya: 40-dan çox polis xəsarət aldı

İtaliyanın paytaxtı Romada Fələstinə dəstək məqsədilə keçirilən aksiyada iğtişaşlar baş verib. Nəticədə 40-dan çox hüquq-mühafizə əməkdaşı xəsarət alıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat yayıb.

Bildirilib ki, hadisə zamanı 35 polis, 3 maliyyə qvardiyası əməkdaşı, 1 penitensiar xidmət əməkdaşı tibbi yardıma ehtiyac duyub. Onlar nümayişdə iştirak edən radikalların hücumuna məruz qalıblar.

Polisin məlumatına görə, yürüşdə təxminən 250 min nəfər iştirak edib, lakin təşkilatçılar iştirakçı sayını 1 milyon nəfər kimi göstəriblər.

Oktyabrın 4-də axşam bir qrup radikal əsas kütlədən ayrılaraq polis kordonu ilə qarşıdurmaya girib. Aksiyaçılar şəhər mərkəzinə doğru irəliləməyə çalışıblar.

Nümayişçilər zibil qutularından baryerlər quraraq polisə fişəng və butulkalar atıblar. Qarşı tərəf gözyaşardıcı qaz və su şırnaqları ilə cavab verib. Toqquşma zamanı bir polis avtomobili yandırılıb, supermarketin fasadı zədələnib.

Polis 262 iştirakçının şəxsiyyətini müəyyən edib, onlardan 12-si saxlanılıb, 2 nəfər isə həbs olunub.

Seçilən
15
4
nocomment.az

5Mənbələr