AZ

Şavkat Mirziyoyev Qəbələdə keçiriləcək TDT sammitində iştirak edəcək

Bakı. Trend:

Özbəkistan prezidenti Şavkat Mirziyoyev oktyabrın 6-7-dəAzərbaycanda işgüzar səfərdə olacaq.

Trend-inməlumatına görə, bu barədə Özbəkistan prezidentinin mətbuat xidmətibildirib.

Məlumata əsasən, Ş.Mirziyoyev Türk Dövlətləri Təşkilatının (TDT)Qəbələ şəhərində keçiriləcək növbəti sammitinin tədbirlərindəiştirak edəcək.

Bildirilib ki, “Regional sülh və təhlükəsizlik” mövzusu altındakeçirilən görüşün gündəliyinə Təşkilat çərçivəsində çoxtərəfliəməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsinincari məsələləri daxildir.

"Siyasi, ticarət-iqtisadi, innovasiya, investisiya, enerji,nəqliyyat-kommunikasiya, humanitar və digər prioritet sahələrdəpraktiki əməkdaşlığın perspektivləri nəzərdən keçiriləcək", - deyəqeyd olunub.

Xatırladaq ki, TDT Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyəvə Özbəkistanı birləşdirən türk ölkələrinin beynəlxalq əməkdaşlıqtəşkilatıdır. TDT-nin əsas məqsədi türkdilli dövlətlər arasındahərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.

Seçilən
14
17
az.trend.az

10Mənbələr