AZ

Dəriniz körpə dərisi kimi hamar və yumşaq olacaq - 4 QIZIL MASKA

Dərinin quruluğunu aradan qaldırmaq üçün bir çox insan nəmləndirici tərkibli kosmetik məhsullara üz tutur. Lakin ev şəraitində hazırlanan təbii maskalarla da dərinizin ehtiyac duyduğu nəmi təmin etmək mümkündür.

Dərini canlandıran ən təsirli təbii maskaları təqdim edir:

Bal və qatıq maskası

Bal güclü nəmləndirici və antibakterial xüsusiyyətə malikdir, qatıq isə dərini yumşaldır və qidalandırır. Bir çay qaşığı bal ilə bir çay qaşığı qatığı qarışdırın, üzünüzə çəkin və 15–20 dəqiqə saxlayın. İlıq su ilə yuduqdan sonra dəriniz daha hamar, nəmlənmiş və parlaq görünəcək. 

Avokado və zeytun yağı maskası

Avokado təbii yağlar və E vitamini ilə zəngindir, zeytun yağı isə dərini dərin qatlara qədər nəmləndirir. Yarım yetişmiş avokadonun içini əzib bir çay qaşığı zeytun yağı əlavə edin. Qarışımı üzünüzə çəkin və 15 dəqiqə gözləyin. 

Xiyar və aloe vera maskası

Xiyar dərini sakitləşdirib təravətləndirir, aloe vera isə nəmi uzun müddət qoruyur. Yarım xiyar rəndələnir və iki çay qaşığı aloe vera geli ilə qarışdırılır. Üzə çəkilir və 20 dəqiqə saxlanılır.
Soyuq su ilə yuyulduqdan sonra dəri dərhal təravət qazanır. 

Banan və bal maskası

Yetişmiş banan dərini yumşaldan təbii nəmləndiricidir, bal ilə birləşdikdə isə dəridə ipək kimi bir hiss yaradır. Yarım bananı əzib bir çay qaşığı bal əlavə edin. Qarışımı üzünüzə çəkin və 15 dəqiqə saxlayın. Tətbiqdən sonra dəriniz daha parlaq görünəcək.

Seçilən
4
4
news365.az

5Mənbələr