AZ

MDB Oyunlarının qızıl medalçısı: Hər turnirdə çalışacağam ki, Azərbaycan bayrağını yüksəklərdə dalğalandırım

Yevlax, 5 oktyabr, AZƏRTAC

Boks üzrə Avropa çempionu idim, artıq III MDB Oyunlarının da qalibiyəm. Çox sevinirəm ki, Allah mənə bu günü nəsib etdi. Bu qələbə həm şəxsi əzmkarlığın, həm də Azərbaycan millisinin kollektiv zəhmətinin nəticəsidir. Turnir mənə dəyərli təcrübə qazandırdı.

Bu sözləri AZƏRTAC-a müsahibəsində III MDB Oyunlarında qızıl medal qazanan Azərbaycan boksçusu Səfdər Məmmədzadə söyləyib. O, həmçinin Azərbaycan millisinin boksçuları üçün yarışın əhəmiyyətini vurğulayıb: “Milli yığmamız turniri ümumilikdə 6 qızıl medalla başa vurdu. Nəticələrimizdən çox razıyıq və bu, gələcək yarışlar üçün böyük stimul oldu”.

Səfdər Məmmədzadə hədəflərindən də danışıb: “Əsas məqsədimiz Avropa çempionatıdır, daha sonra Dünya çempionatı və Olimpiya oyunlarıdır. Hər turnirdə çalışacağam ki, Azərbaycan bayrağını yüksəklərdə dalğalandırım və himnimizin səslənməsini təmin edim. Bu, mənim üçün həm vətəndaşlıq, həm də idmançı olaraq böyük qürurdur”.

Seçilən
16
1
azertag.az

2Mənbələr