AZ

Çinlilər şəfalı olduğu üçün bol-bol yeyirlər: xalq bunu "həyat meyvəsi" adlandırır

İnnab — xalq arasında “həyat meyvəsi” kimi tanınan bu bitki, qədim dövrlərdən bəri şəfa mənbəyi hesab olunur. Kiçik, yuvarlaq və qırmızı rəngli bu meyvə həm təzə, həm də qurudulmuş halda istifadə edilir.

E-saglam.az xəbər verir ki, innabın tərkibində C, A və B qrupu vitaminləri, kalsium, dəmir, fosfor və sink kimi mühüm minerallar var. Bu zəngin tərkib orqanizmin immun sistemini gücləndirir, bədəni xəstəliklərə qarşı daha dözümlü edir.

Təbii sakitləşdirici təsiri ilə tanınan innab yuxusuzluq, stress və narahatlıq hallarına qarşı faydalıdır. Qan dövranını tənzimləyir, ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır. Tənəffüs yolları xəstəliklərində, xüsusilə də öskürək və boğaz ağrısında rahatladıcı təsir göstərir.

Həzm sisteminə də müsbət təsir edən bu meyvə bağırsaqların fəaliyyətini normallaşdırır, qəbizliyin qarşısını alır. Dərinin parlaqlığını qoruyur, yaşlanmanı ləngidir və orqanizmdəki toksinlərin xaric edilməsinə kömək edir.

İnnab müntəzəm şəkildə istifadə olunduqda həm fiziki, həm də zehni sağlamlığı dəstəkləyir, orqanizmin enerjisini artırır və təbii bir “vitamin anbarı” rolunu oynayır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
31
e-saglam.az

1Mənbələr