AZ

Çeçenistan klubu erməni futbolçunun cəzalandırılmasını tələb edir

Çeçenistanın "Axmat" futbol klubu "Krasnodar"ın erməni yarımmüdafiəçisi Eduard Spertsyana qarşı araşdırma aparılmasını tələb edir.

Bu barədə "Axmat" klubunun Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, Qroznı təmsilçisi Ermənistan yığmasının üzvünün seneqallı müdafiəçi Usman Ndonqun ünvanına irqçi təhqirlər səsləndirdiyinə görə cəzalandırılmasını istəyir.

Qeyd edilir ki, Rusiya çempionatının 21-ci turunda "Axmat"ın "Krasnodar"a 0:2 hesabı ilə uduzduğu matçda Spertsyan və Ndonq arasında mübahisə düşüb.

Nəticədə seneqallı oyunçu çiyni ilə rəqibinin üzünə zərbə endirdiyinə görə meydandan qovulub.

Klub bəyanatında vurğulayır ki, "Axmat"ın futbolçusu Spertsyan tərəfindən irqi zəmində təhqirlərə məruz qalıb və təxribata sövq edilib.//Oxu.az

Seçilən
19
musavat.com

1Mənbələr