AZ

İranda SENSASİYA: Bu qanun ləğv edilir

Ajans.az xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.  “İranda hicab qanununu icra etməyə daha gərək yoxdur. Hicab taxmaq məcburiyyəti artıq heç bir cərimə, cəzavə ya hüquqi nəticə doğurmayacaq. Polisə də bunu çatdırın”. İranda bu qanunun ləğvi 1979-cu il inqilabından sonra illərlə yığılan ictimai gərginliyin, mədəni toqquşmanın və siyasi zərurətin nəticəsidir. Yəni bu, təkcə bir qanunun dəyişdirilməsi deyil, rejimin ideoloji təməlində baş verən sarsıntının göstəricisidir. Məsələn, 2022-ci ildə Məhsa Əmininin öldürülməsi fonunda İrancəmiyyətində illərlə yığılan səssiz gərginlik partladı. Həmin vaxt baş verən hadisə tək bir qızın faciəsi deyil, xalqın boğulan nəfəsinin simvolu idi. Rejim uzun müddətdir qadınların azadlıq tələblərini “əxlaq məsələsi” kimi təqdim edirdi, amma Məhsa Əmininin ölümü bu anlayışı alt-üst etdi. İnsanlar başa düşdülər ki, məsələ hicabdan çox, məcburiyyətin özü ilə bağlıdır. İllərlə davam edən etirazlar, minlərlə qadının baş örtüyünü açaraq küçələrə çıxması, milyonlarla kişinin buna səssiz dəstəyi artıq sistemin mövcud forması üçün dözülməz təzyiqə çevrildi. Dövlətin güc hesabına bu prosesi saxlama imkanları da tükəndi. Cəza və təqib mexanizmləri işləmədikcə, hicab qanunu da mənasını itirdi.

İranda ictimai müqavimət o qədər dərinləşib ki, məcburiyyət mexanizmləri artıq işlək deyil. İnsanlar küçələrdə, universitetlərdə, mağazalarda, ictimai nəqliyyatda bu qanunu faktiki olaraq ləğv ediblər. Dövlət isə indi sadəcə mövcud reallığı qəbuletməyə məcbur qalıb. Bu mənada, Məhəmmədrza Bahonərin “hicab qanununun hüquqi baxımdan icrası mümkün deyil” deməsi formal bəyanatdan daha çox, rejim daxilindəki yeni siyasi reallığın etirafıdır. \Globalinfo.az

Seçilən
30
2
Ajans.az

3Mənbələr