AZ

"Allah mənə çoxlarının yaşamadığı xoşbəxtliyi verdi"

"Bu sənətdə nifrət qazandınsa, nə görsən də xalqın gözündə düşmən olacaqsan. Ruzini sənə qazandıran xalqa hörmət elə. Sənətə yalnız pul üçün gəlirsənsə, olmayacaq. Bir gün hər şeyi itirəcəksən". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva "Bir gün" verilişində deyib. Müğənni həyatından danışıb:

 

"Allah mənə xoşbəxtlik də, imtahan da nəsib etdi. Hər birinin altından üzüağ çıxmağa çalışdım. Çünki bunu Allah verdi, imtahanla sınağa çəkdi. Çoxlarının yaşamadığı xoşbəxtliyi də verdi. Bir üzüm gülübsə, bir üzüm qəhərlənib. Göz yaşımı tamaşaçıya göstərməyəcəyəm.

Tarix: 5 Oktyabr 2025, 19:19   
Seçilən
13
5
pravda.az

7Mənbələr