AZ

III MDB Oyunları: Azərbaycanın cüdo yığması qarışıq komanda növündə qızıl medal qazanıb

Azərbaycanın cüdo millisi III MDB Oyunlarının qarışıq komanda yarışında qızıl medal qazanıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, yığma həlledici mərhələdə Özbəkistan seçməsinə 7:4 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, cüdoçularımız yarımfinalda Tacikistanı 7:3 hesabı ilə üstələmişdi.

***18:33

Azərbaycan boksçuları III MDB Oyunlarını 24 medalla başa vurublar.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Yevlax Olimpiya İdman Kompleksində boks yarışlarında final döyüşləri keçirilib.

Azərbaycanlı boksçuları Qardaş Rəhimov (46 kq), Əli Əliyev (48 kq), Əli Abaslı (52 kq), Şahin Aslanov (60 kq) və Səfdər Məmmədzadə (+80 kq) qızıl medallar qazanıblar.

Bundan başqa, Əli Ruşanov (46 kq), Ayxan Həsənov (50 kq), Raul Heydərli (57 kq), Əflatun İsmiyev (57 kq), Toğrul Quliyev (60 kq), Haxverdi Həsənov (63 kq), Adil Zalov (70 kq), Şükar Əliyev (75 kq), İsmayıl Vəliyev (80 kq) bürünc medallar qazanıblar.

Xatırladaq ki, dünən qadın boksçularımız turniri 1 qızıl, 5 gümüş və 4 bürünc medalla başa vurublar.

Beləliklə, Azərbaycan idmançıları turnirdə 24 medal qazanıblar.

***18:07

MDB Oyunlarında oğlan boksçular arasında müxtəlif çəki dərəcələrində final qarşılaşmaları yekunlaşıb.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan millisinin boksçusu Səfdər Məmmədzadə (+80 kiloqram) Özbəkistan təmsilçisi Farxodjon Bahadirov üzərində qələbə qazanaraq qızıl medala layiq görülüb.

Xatırladaq ki, bundan əvvəl digər Azərbaycan boksçuları da final görüşlərində uğur əldə ediblər. Qardaş Rəhimov (46 kiloqram), Əli Əliyev (48 kiloqram), Əli Abaslı (52 kiloqram) və Şahin Aslanov (60 kiloqram) qələbə qazanaraq Azərbaycan millisinin hesabına qızıl medallar əlavə ediblər.

***16:42

III MDB Oyunları çərçivəsində keçirilən avarçəkmə yarışlarında Azərbaycan komandası üçüncü medalı qazanıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Əlimurad Hacızadə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında 1 nəfərlik kayak qayığında 200 metr məsadə gümüş medala sahib olub.

Qeyd edək ki, daha əvvəl Amil Ramazanov kayak qayığında 500 metr, İvan Vorobyanski-Hüseyn Həsənov dueti isə 200 metr məsafədə bürünc medal əldə edib.

III MDB Oyunları çərçivəsində keçirilən avarçəkmə yarışlarının birinci günündə Amil Ramazanov ikinci medalını qazanıb.

Günün birinci yarısında birnəfərlik kayak qayığında 500 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü idmançılar arasında bürünc medala sahib olan Ramazanov 200 metrdə də eyni nəticəni təkrarlayıb.

***15:30

III MDB Oyunlarında oğlan boksçular arasında final döyüşləri davam edir.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan millisinin boksçusu Əli Əliyev (48 kiloqram çəki dərəcəsi) Tacikistan təmsilçisi Azamjon Hasanova qalib gələrək qızıl medala layiq görülüb.

Qeyd edək ki, budan əvvəl digər boksçumuz Qardaş Rəhimov (46 kiloqram) Özbəkistan təmsilçisi Utkirbek Norkosimova qalib gələrək Azərbaycan millisinin ilk qızıl medalını qazanıb.

***13:30

Azərbaycanın daha iki qılıncoynadanı III MDB Oyunlarında bürünc medalı özləri üçün təmin ediblər.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Valentina Zeynalova və Zərifə Hüseynova yarımfinala yüksəlməklə bu uğura imza atıblar.

Qeyd edək ki, onlar qılıncoynatmanın sablya növündə mübarizə aparırlar.

***12:11

III MDB Oyunları çərçivəsində keçirilən avarçəkmə yarışlarında Azərbaycan komandası ikinci medalı qazanıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, ikinəfərlik kayak qayığında 200 metr məsafəyə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında İvan Vorobjanski-Hüseyn Həsənov dueti final yürüşündə finiş xəttini üçüncü yerdə keçib.

Qeyd edək ki, daha əvvəl Amil Ramazanov kayak qayığında 500 metr məsafə üzrə bürünc medal əldə edib.

***11:40

Azərbaycan badmintonçusu Leyla Camalzadə III MDB Oyunlarında gümüş medal qazanıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, badmintonçu rusiyalı Marina Tarasova ilə qarşılaşıb.

Qəbələ Olimpiya İdman Kompleksində baş tutan görüş rusiyalı tennisçinin qələbəsi ilə başa çatıb - 2:0.

Qeyd edək ki, badminton yarışlarına bu gün yekun vurulacaq. Daha öncə badmintonçularımız 6 bürünc mükafat qazanıb. Beləliklə idmançılarımız turniri 7 medalla başa vurublar.

Seçilən
18
3
far.az

10Mənbələr