AZ

Mariya Zaxarova haqqında yayılan videolara aydınlıq gətirdi

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova haqqında yayılan video ilə bağlı açıqlama yayıb.

Globalinfo.az xəbər verir ki, özünün teleqram hesabında paylaşım edən Zaxarova həmin videonun feyk olduğunu və süni intellektlə səsindən istifadə edilərək söylədiyi fikirlərin dəyişdirildiyini bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə Mariya Zaxarovanın Avropa haqqında və Ukraynadakı müharibə barədə fikirləri yer alan görüntülər yayılıb. XİN nümayəndəsi görüntülərin bir verilişdən götürüldüyünü və əslində orada müzakirələrin Moldovadakı seçkilərlə bağlı olduğunu qeyd edib.

Aysel Əliyeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
globalinfo.az

1Mənbələr