AZ

Mütəxəssislər xəbərdarlıq edir: Bu 6 vərdiş şüursuz şəkildə yaddaşı zəiflədir

Gündəlik həyatın təlaşında fərqinə varmadan etdiyimiz bəzi davranışlar uzun müddətdə yaddaşa mənfi təsir göstərə bilər. Mütəxəssislərin fikrincə, beyin sağlamlığını qorumaq istəyənlər bu zərərli vərdişlərdən uzaq durmalıdırlar.

E-saglam.az xəbər verir ki, stress, nizamsız yuxu rejimi və rəqəmsal yüklənmə təkcə bədəni deyil, beyni də yorur. Bu vərdişlər yaddaşın zəifləməsi, unutqanlıq və diqqət dağınıqlığı ilə nəticələnə bilər.

Beyin sağlamlığına səssiz zərbə vuran əsas amillər bunlardır:

1. Yuxu çatışmazlığı – yuxu beynin məlumatı yadda saxlama prosesinin əsas hissəsidir. Gecə az yatmaq yaddaşın formalaşmasını pozur.

2. Həddindən artıq kofein – çoxlu qəhvə içmək ayıqlığı artırsa da, beynin kimyəvi tarazlığını poza bilər və uzunmüddətli yaddaşa zərər verə bilər.

3.. Ekran qarşısında çox vaxt keçirmək – telefon və kompüterdən davamlı istifadə beyindəki diqqət mərkəzlərini gərginləşdirir, qısa yaddaşın işləməsini çətinləşdirir.

4. Zəif qidalanma – şəkərli və yağlı qidalar neyron əlaqələrini zəiflədir. Balıq, qoz, yaşıl yarpaqlı tərəvəzlər isə yaddaşı gücləndirir.

5. Hərəkətsizlik – fiziki aktivlik beyinə oksigen axınını artırır və öyrənmə qabiliyyətini dəstəkləyir.

6. Daimi stress – uzunmüddətli gərginlik kortizol səviyyəsini artıraraq yaddaş hüceyrələrini zədələyə bilər.

Mütəxəssislər balanslı yuxu, sağlam qidalanma, gündəlik gəzintilər və texnologiya fasilələrinin beynin uzunömürlü sağlamlığı üçün vacib olduğunu vurğulayırlar.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
24
e-saglam.az

1Mənbələr