AZ

Lavrov narahatdır: dünya Rusiyanın müharibəsindən qorxur, Lavrov isə Karib dənizindən…

Rusiya Xarici İşlər Nazirliyi növbəti dəfə “narahatlıq bəyanatı” ilə çıxış edib.

Musavat.com xəbər verir ki, Bu dəfə Sergey Lavrov Karib dənizində Vaşinqtonun eskalasiyaedici addımlarından ciddi narahatlıq ifadə edib.

Bəli, düz eşitdiniz — dünya Rusiyanın Ukraynada başladığı müharibədən, bombardmanlardan, qitəmiqyaslı gərginlikdən qorxur, amma Moskva diplomatiyasının rəhbəri Karib dənizindəki “dalğalardan” narahatdır.

Sanki müharibə, işğal, minlərlə qurban, dağılmış şəhərlər Lavrovun gündəmində deyil — onun “əsas problemi” okeanın o tayında, tropik adalar yaxınlığındadır. Diplomatik ironiyadır, yoxsa siyasi yumor – artıq fərqi qalmayıb.

Lavrovun narahatlığı da Rusiyanın son illərdəki “dünyanı qorxudan siyasəti” kimi – tam tərsinə işləyir: Moskva atəş açır, sonra da dünyadan “sakitlik” tələb edir.

Görünür, Kreml artıq təkcə Avropanı yox, Karibi də “sakitləşdirmə” planına salıb.

Musavat.com

Seçilən
25
musavat.com

1Mənbələr