AZ

Gürcüstan DTX Tbilisi yaxınlığında silah və döyüş sursatı aşkarlayıb

Bakı. Trend:

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX)əməliyyat-istintaq tədbirləri nəticəsində böyük miqdarda odlusilah, döyüş sursatı və partlayıcı maddələr aşkar edilib.

Trend-in məlumatına görə, bu barədə Gürcüstan DTX-ninməlumatında bildirilib.

Məlumata əsasən, Gürcüstan vətəndaşı B.Ç. Ukraynada fəaliyyətgöstərən hərbi bölmələrdən birinin nümayəndəsinin göstərişi iləsilah və sursat əldə edib. Onun rəhbərlik etdiyi dəstə oktyabrın4-də Tbilisidə Prezident Sarayını zorakı yolla ələ keçirməyi vətəxribat törətməyi planlaşdırıb.

DTX-nin qabaqlayıcı tədbirləri nəticəsində dəstənin bir neçəüzvü zərərsizləşdirilib, gizlədilmiş silah və partlayıcı maddələrTbilisi yaxınlığındakı meşədə tapılıb.

Detonatoru işə sala bilən pult hazırlayan şəxs müəyyən edilərəkistintaqa cəlb olunub. B.Ç. barəsində axtarış elan edilib vəcinayət işi başlanıb.

Hadisə ilə əlaqədar əməliyyat-istintaq tədbirləri davametdirilir.

Seçilən
5
1
az.trend.az

2Mənbələr