Ağır texnikalar gecə saatlarında belə işləyir... Ərazidə yaşayan sakinlər saatlarla davam edən səs-küy səbəbindən evlərində istirahət edə bilmirlər...
Xezerxeber.az-ın xəbərinə görə, sakinlər deyir ki, istirahət və bayram günləri də eyni hal yaşanır.
Məsələ ilə bağlı ərazidə tikinti aparan "Nizami city" şirkəti ilə əlaqə saxlamağa çalışdıq, lakin zənglərimiz cavabsız qaldı . Yasamal rayon İH-dən də sorğumuza cavab verən olmadı.
Məsələ ilə bağlı DİN-nin Mətbuat Xidmətindən bildirildi ki, sakinlərin şikayəti ilə bağlı növbəti dəfə tikinti şirkətinə xəbərdarlıq olunacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.