AZ

“Çox əsəbi görünürdü, hətta açıq-açığına ittiham da elədi” - VİDEO

«Valdas Dambrauskas çox əsəbi görünürdü.

Hətta açıq-açığına Əliyar Ağayevi ittiham da elədi».

Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.

O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində «Sabah»ın baş məşqçisi Valdas Dambrauskasın «Sumqayıt»la matçın baş hakimi Əliyar Ağayevə ünvanlanan sərt iradlarına münasibət bildlirib.

Tanınmış teleşərhçi litvalı çalışdırıcını narazı salan epizodları verlişin aparıcısı Ceyhun Rzayevlə birlikdə müzakirə edib və deyib ki, qarşılaşmanın idarəçiliyi normal səviyyədə olmayıb.

Abbsasov və Rzayev litvalı mütəxəssisin mövqeyinə haqq qazandırıb, hakimlərin yanaşmasının doğru olmaması qənaətini bölüşüb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Seçilən
10
sportinfo.az

1Mənbələr