İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında vəziyyətin sabitləşdirilməsi yollarını müzakirə etmək üçün İsrail nümayəndə heyətini Misirə göndərəcək.
KONKRET.az xəbər verir ki, danışıqlar Sinay yarımadasında yerləşən Şarm əl-Şeyxdə baş tutacaq.
“Nümayəndə heyəti sabah Şarm əl-Şeyxə yola düşəcək”, – Baş Nazirlikdən bildirilib.
Bir gün əvvəl Misir Xarici İşlər Nazirliyi İsrail və Fələstinin HƏMAS hərəkatı arasında danışıqların növbəti mərhələsinin oktyabrın 6-da Misirdə keçiriləcəyini açıqlamışdı.