"Mercedes" komandasının britaniyalı pilotu Corc Rassel "Formula 1" üzrə Sinqapur Qran-prisinin qalibi olub.
Far.Az xəbər verir ki, gərgin mübarizənin sonunda Rassel finiş xəttini ilk keçərək mövsümdə mühüm xal qazanıb.
Onun ardından "Red Bull"un niderlandlı sürücüsü Maks Ferstappen ikinci, "McLaren" komandasının digər britaniyalı pilotu Lando Norris isə üçüncü pillədə qərarlaşıb.
Mövsümün növbəti mərhələsi oktyabrın 17–19-da ABŞ-ın Texas ştatındakı Ostin şəhərində baş tutacaq.