AZ

İsraillə HƏMAS arasında danışıqlar Şarm əl-Şeyxdə keçiriləcək

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında vəziyyətin sabitləşdirilməsi yollarını müzakirə etmək üçün İsrail nümayəndə heyətini Misirə göndərəcək.

Operativ Media xəbər verir ki, danışıqlar Sinay yarımadasında yerləşən Şarm əl-Şeyxdə baş tutacaq.

"Nümayəndə heyəti sabah Şarm əl-Şeyxə yola düşəcək", - Baş Nazirlikdən bildirilib.

Bir gün əvvəl Misir Xarici İşlər Nazirliyi İsrail və Fələstinin HƏMAS hərəkatı arasında danışıqların növbəti mərhələsinin oktyabrın 6-da Misirdə keçiriləcəyini açıqlamışdı.

Seçilən
23
43
operativmedia.az

10Mənbələr