AZ

Ekvador prezidenti 10 əyalətdə toplaşmaq hüququnu məhdudlaşdırıb

Bakı. Trend:

Ekvador Prezidenti Daniel Noboa dizel yanacağının bahalaşmasıilə əlaqədar etiraz aksiyalarına görə ölkənin on əyalətindətoplaşmaq hüququnu məhdudlaşdırıb.

Trend xəbər verirki, bu barədə “Associated Press” məlumat yayıb.

Piçinça, Kotopaxi, Tunquraua, Kimboraso, Bolivar, Kanyar, Asuay,Orelyana, Sukumbíos və Pastasa əyalətlərində sərbəst toplaşmaqazadlığı dayandırılıb.

Prezidentin fərmanı hərbçilərə və polisə lazım bildikdə “ictimaitoplantıların qarşısını almaq və onları dağıtmaq” səlahiyyətiverir. Bundan əlavə, ictimai asayişi pozan, vətəndaşlarıntəhlükəsizliyini təhdid edən və onların yaşamaq, hərəkət və işləməkhüquqlarını məhdudlaşdıran “karantinlər və zorakı hərəkətlər”səbəbindən qeyd olunan əyalətlərdə fövqəladə vəziyyət elanolunub.

Qeyd edək ki, sentyabrın 12-də prezidentin dizel yanacağınasubsidiyaların ləğvi barədə fərman imzalamasından sonra ölkədəkütləvi etiraz aksiyaları başlayıb. Nəticədə dizel yanacağınınqiyməti bir qallon üçün 1,80 dollardan 2,80 dollara yüksəlib.

Seçilən
6
az.trend.az

1Mənbələr