MDB Oyunları mənə böyük təcrübə qazandırıb.
İdman.biz xəbər verir ki, bunu III MDB Oyunları çərçivəsində Yevlax İdman Kompleksində keçirilən boks üzrə yarışda qızıl medal qazanan Səfdər Məmmədzadə deyib.
"Avropa çempionu olmuşdum. Şükürlər olsun, bu gün də MDB Oyunlarında qızıl medal qazandım. Bu qələbəyə çox sevinirəm. Mən və komanda yoldaşlarım bu yarışlarda böyük əzmkarlıq nümayiş etdirdik. Bu turnir mənə böyük təcrübə qazandırdı. Gələcəkdə də yarışlarda qələbə qazanacağam", - milli üzvü bildirib.
Qeyd edək ki, Səfdər Məmmədzadə 80 kq çəki dərəcəsində qızıl medala sahib olub.