Gəncə sakinini qonşusu butulka ilə başına vurub.
KONKRET.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivi ərazisində baş verib. Şəhər sakini – 1984-cü il təvəllüdlü Q.İbrahimzadə başının küt travması ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, Q.İbrahimzadəni qonşusu butulka ilə başından vurub. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Fakt araşdırılır.