AZ

Vuçiç: “Hamı müharibəyə hazırlaşırsa, deməli, o, doğrudan da olacaq”

Serbiya Prezidenti Aleksandar Vuçiç beynəlxalq gərginlik fonunda ciddi xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, dövlət başçısı müdafiə xərclərinin artmasını yaxınlaşan böyük toqquşmanın əlaməti kimi dəyərləndirib.

“Əgər ÜDM-in 5 faizini müdafiə xərclərinə ayırırsınızsa, bu, çox böyük rəqəmdir. Bu o deməkdir ki, hamı müharibəyə hazırlaşır. Sual isə budur: kim hansı tərəfdə olacaq? Biz müharibədən qaçmaq istəyirik”, – deyə Vuçiç bildirib.

Onun sözlərinə görə, dünya artıq “sülhdən danışmağı dayandırıb”: “Ölkələr səngərlər qazır, hər kəs siqnalı gözləyir. Sülh haqqında danışan qalmayıb”. 

 

Musavat.com

Seçilən
4
2
musavat.com

3Mənbələr