“Maklaren”in rəhbəri Zak Braun Sinqapur Qran-prisi zamanı komanda sürücüləri Lando Norris və Oskar Piastri arasında baş verən təması şərh edib.
90deqiqe.Az "Sky Sports”a istinadən xəbər verir ki, funksioner bildirib ki, yarışın ilk dövrəsində Norris Piastrini ötüb, lakin ön qanadına zərər vurub. Avstraliyalı sürücü bu insidentdən narazı qaldığını komanda radiosunda bildirmişdi.
“Görünür, Maks [Verstappen] və Lando ya bir-birinə toxundu, ya da ehtiyatlı davrandı və bu, üçüncü döngədə insidentin yaranmasına səbəb oldu. Çox sıx mübarizə gedirdi. Üç-dörd maşın yan-yana düzüləndə belə hallar baş verir. Bazar ertəsi bunu müzakirə edəcəyik, amma aydındır ki, sərt yarış idi.”