Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasına səfər edəcək.
"AzPolitika.info" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələ şəhərində keçiriləcək növbəti sammitində iştirak edəcək.
Tədbirlə əlaqədar Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev də oktyabrın 6-7-də Azərbaycanda işgüzar səfərdə olacaq.
Qeyd edək ki, "Regional sülh və təhlükəsizlik" mövzusu altında keçirilən görüşün gündəliyinə təşkilat çərçivəsində çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi məsələləri daxildir.
Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Şimali Kipr Türk Cümhuriyyətinin (SKTC) Prezidenti Ersin Tatarın oktyabrın 6-da Azərbaycana səfər edəcəkləri barədə məlumat verilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.