AZ

Belə gəlib, belə də gedəcək - Gözləməyin, dəyişməyəcək!

İlk dəfə Premyer Liqada çıxış edən «İmişli» ikinci məğlubiyyətini Mərdəkanda aldı.

«Araz-Naxçıvan»dan hər hissədə bir cavabsız qol buraxdılar.

Səviyyə fərqi özünü çox göstərmədi. Fərdlər işini gördü, yekun nəticəni müəyyənləşdirdi.

«Araz» yenə yaxşı oynamadı. «İmişli» isə yenə öz oyununu oynadı.

Jorj Kaskilyanın öz yolu var və o, bu yoldan dönən deyil. Sabah birimiz «İmişli»dən hücum futbolu görmək ümidiylə stadiona getməyək. O gün olmayacaq.

Portuqaliyalı buradadırsa, «İmişli» tərzini dəyişməyəcək.

Kaskilya futbolçularına inanmır? Mən belə deməzdim. Bir az araşdırmışam və mənə bəlli olub ki, Kaskilya əvvəl işlədiyi komandalara da praqmatik futbolu təbliğ edib.

Adamın yanaşması budur, yəni.

Almeyda 90+2-ci dəqiqədə penaltini qaçırdı: top qapı tirindən geri qayıtdı. Bu epizod «İmişli»ni bitirdi.

1 xal əldə etmək üçün sonuncu ümid penaltiyə idi, baş məşqçinin həmyerlisi fürsəti boşa verdi.

Şans dəyərləndirilsəydi, hamı yenə «İmişli»nin uğurlu seriyasından, iddialı rəqibləri bir-bir büdrətməsindən söhbət açacaqdı.

Bəxt heç də həmişə üzə gülmür. Doğru bildiyin yolla getdiyi anda bəzən ayağın daşa ilişib yıxılırsan.

KAMİL

Seçilən
4
sportinfo.az

1Mənbələr