AZ

Stoltenberq: 2018 ci ildə NATO nun dağılma riski real idi

ain.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

NATO-nun sabiq baş katibi Yens Stoltenberq açıqlayıb ki, 2018-ci ildə ABŞ-ın o vaxtkı prezidenti Donald Trampın narazılığı səbəbindən alyansın dağılması təhlükəsi yaranmışdı.

BAKU.WS "The Guardian"a istinadən xəbər verir ki, Stoltenberq bu barədə yeni kitabında yazıb.

Onun sözlərinə görə, Tramp NATO ölkələrini müdafiə xərclərini artırmamaqda tənqid edir, alyansın artıq "köhnəldiyini" bildirirdi.

"Bəlkə də bu, NATO-nun dağılması ilə nəticələnəcək bir addım idi. 2018-ci il iyulun 12-də keçirilən sammitdə Tramp ÜDM-in 4 faizini müdafiəyə ayırmağı tələb etmiş və görüşü tərk etməyə hazır olduğunu demişdi", – Stoltenberq yazır.

Trampın o dövrdəki sözləri isə alyansın gələcəyinə dair ciddi suallar doğurmuşdu:

"ABŞ-nin NATO-ya ehtiyacı yoxdur. Mənə lazım olmayan bir təşkilata niyə pul ödəməliyəm?"

Stoltenberq qeyd edib ki, Trampın bu mövqeyi NATO-nun 70 illik tarixində ən ciddi sınaqlardan biri olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
1
baku.ws

2Mənbələr