AZ

Millimizin futbolçusu üçün 84 dəqiqə - VİDEO

Azərbaycan millisinin forvardı Renat Dadaşovun formasını geyindiyi "Motor" Polşa çempionatında növbəti görüşünü keçirib.

Sportal.az xəbər verir ki, Lublin təmsilçisi səfərdə "Rakov"un qonağı olub. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Dadaşov meydana start heyətində daxil olub. 77-ci dəqiqədə sarı vərəqə ilə yadda qalan millimizin üzvü 84-cü dəqiqədə əvəzlənib.

“Motor” 11 turdan sonra 11 xalla 14-cü sıradadır.

saytlarin hazirlanmasi

Seçilən
23
1
sportal.az

2Mənbələr