Ukraynanın Xarkov vilayətində çəkilmiş maraqlı video sosial şəbəkələrdə gündəm olub.
Musavat.com xəbər verir ki, görüntülərdə boru kəmərinə bənzər tuneldə gizlənən rus əsgərlərinə vəhşi qaban hücum edir.
Videoda əsgərlərin həyəcan içində qışqıraraq qaçmağa çalışdıqları, heyvanın isə onların arxasınca tunel boyunca irəlilədiyi görünür. Hadisənin ön cəbhə bölgəsində, ehtimalla Kupyansk istiqamətində baş verdiyi bildirilir.
Kadrlar qısa zamanda sosial şəbəkələrdə yayılaraq gülüş doğurub. İzləyicilərin bir qismi hadisəni “Rus ordusunun yeni düşməni – təbiət” kimi şərh edib, digərləri isə ironiya ilə “donuz əməliyyatı uğursuz alındı” yazıblar.
Musavat.com