AZ

Ərdoğan və Mirziyoyev də Azərbaycana gəlir


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və özbəkistanlı həmkarı Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə hər iki Prezidentin mətbuat xidmətləri məlumat yayıb.

Qeyd edilib ki, liderlər Türk Dövlətləri Təşkilatının XII Zirvə görüşündə iştirak edəcəklər. 

 
Bildirilib ki, səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti əsasında baş tutacaq.

Sözügedən sammit oktyabrın 7-si Qəbələdə baş tutacaq.

Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də sabah Azərbaycana səfər edəcək.

 


Seçilən
17
nuh.az

1Mənbələr